AZ

Qəzza zolağına hava hücumları nəticəsində ölənlərin sayı 104-ə çatıb

28 oktyabr axşamından bəri İsrailin Qəzza zolağına hava hücumları nəticəsində ölənlərin sayı 104-ə çatıb.

Qurbanlar arasında 46 uşaq və 20 qadın var. Daha 253 fələstinli yaralanıb.
İsrail Müdafiə Qüvvələri (İMQ) bir sıra hava hücumlarından sonra atəşkəsə qayıtdığını açıqlayıb. Onların məqsədi Qəzza zolağında terrorçuları məhv etmək olub. İMQ hücumların Fələstin HƏMAS qruplaşmasının pozuntularına cavab olaraq həyata keçirildiyini iddia edir: “İMQ atəşkəsə əməl etməyə davam edəcək və hər hansı bir pozuntuya qətiyyətlə cavab verəcək”, – bəyanatda bildirib.

Dünən “The Times of Israel” qəzeti HƏMAS-ın Qəzza zolağının cənubundakı Rəfah şəhərində İsrail qoşunlarına atəş açdığını bildirib. Bundan sonra İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağına dərhal və güclü hava hücumları əmri verib. AP-nin məlumatına görə, İsrail planları barədə ABŞ-ı məlumatlandırıb və ABŞ vasitəsilə atəşkəs əldə edilib.

//Samir Qurbanov, Editor.az

Seçilən
34
editor.az

1Mənbələr