AZ

Trampın populyarlığı aşağı düşüb - SORĞU

BAKI, 29 oktyabr. TELEQRAF

Trampın ABŞ-da populyarlığı aşağı düşüb. Amerikalılar onun ölkədə yaşayış xərclərinə təsir edən qərarlarından narazıdırlar.

Teleraf xəbər verir ki, "Reuters" və "Ipsos" tərəfindən aparılan yeni sorğuya görə, amerikalıların yalnız 40%-i cari prezidentin fəaliyyətini bəyənir ki, bu da ötən həftə ilə müqayisədə 2 faiz aşağıdır. Trampın fəaliyyətini qəti şəkildə bəyənməyən amerikalıların payı 57%-ə çatıb.

Sorğunun nəticələrinə görə, amerikalıların əsas şikayəti Trampın ABŞ vətəndaşlarının istehlak xərclərinin artırılması sahəsindəki hərəkətləridir, respondentlərin 63%-i narazılığını bildirib. "Reuters" qeyd edir ki, Tramp vəzifəyə gəldikdən sonra ABŞ-da inflyasiya bir qədər artıb.

Müqayisə üçün qeyd edək ki, Trampın sələfi Co Bayden 36 faizlə ən aşağı reytinqə sahib olub.

Seçilən
23
teleqraf.com

1Mənbələr