AZ

Videooyunlar yaşlanma prosesini ləngidir

Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Yeni araşdırmaya görə, videooyunlar yaşlılarda beynin qocalmasını ləngidir.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, tədqiqat göstərib ki, gündə 30 dəqiqə "Nintendo Brain Training" oynamaq yaşlı insanların idrak funksiyalarını yaxşılaşdırır.

92 iştirakçı üzərində aparılan sınaqlarda yaddaş, reaksiyalar və diqqət göstəriciləri artıb. Eyni zamanda asetilxolin – öyrənmə ilə əlaqəli neyromediatorun səviyyəsi 2,3% yüksəlib.

Alimlər vurğulayırlar ki, hətta qısa oyun məşqləri belə beyin sağlamlığını dəstəkləyir və demensiya riskini azalda bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
axsam.az

1Mənbələr