AZ

Şirvanda Vətən müharibəsi şəhidi Kamran Fərəcovun xatirəsi anılıb

Şirvan, 30 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Şirvan şəhər Şəhidlər xiyabanında şəhid Kamran İlqar oğlu Fərəcovun xatirəsi anılıb, məzarı ziyarət olunub. Onun şərəfli həyatından və döyüş yolundan söhbət açılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin anım günündə ailə üzvləri ilə bərabər, dövlət qurumlarının nümayəndələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edilib ki, şəhid Kamran Fərəcov 1996-ci il fevralın 14-də Şirvan şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində xidmət edib. Vətən müharibəsi zamanı Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı Zəngilan, Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib, oktyabr 24-də qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə şəhid Kamran Fərəcov Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Seçilən
44
azertag.az

1Mənbələr