AZ

Slovakiya Ukraynaya hərbi maliyyə dəstəyi verməyəcək

Baş nazir Robert Fitso: 2026 və 2027-ci illər üçün Ukraynaya bir sent belə ayrılmayacaq...

Poliqon xəbər verir ki, Slovakiyanın baş naziri Robert Fitso Ukraynaya hərbi məqsədlərlə maliyyə ayırmaqdan imtina etdiyini bəyan edib. O, bu barədə Slovakiyanın “Dennik N” nəşrinə açıqlamasında danışıb. Fitso vurğulayıb ki, Bratislava gələcək illərdə Ukrayna ordusunun maliyyələşdirilməsində iştirak etməyəcək.

“Mən 2026 və 2027-ci illər üçün Ukraynanın hərbi xərcləri ilə bağlı heç bir maliyyə zəmanətinə imza atmayacağam. Slovakiya Ukraynanın hərbi xərclərinin maliyyələşdirilməsində bir sent belə iştirak etməyəcək”, – deyə Fitso bildirib.

Slovakiya hökumət başçısı Avropa İttifaqının siyasətini də tənqid edib. O, “Avropanın öz pulları ilə ABŞ-dan silah alıb sonra Ukraynaya verməsini mənasız hesab etdiyini” deyib. FItsonun sözlərinə görə, əgər kimsə Slovakiyadan silah və ya sursat almaq istəyirsə, bunu kommersiya qaydasında edə bilər, lakin Slovakiya özü heç kimə pulsuz silah göndərməyəcək.

“Əgər biz Avropa İttifaqında daha çox həmrəy olsaydıq, o zaman bütün Aİ üçün faydalı olan məhsulları birgə inkişaf etdirərdik və bu, bizə çoxlu vəsaitə qənaət etməyə imkan verərdi”, – deyə Fitso əlavə edib.

Ekspertlər hesab edirlər ki, Fitso hökumətinin bu mövqeyi Slovakiyanın əvvəlki administrasiyalarla müqayisədə Ukrayna siyasətində kəskin dəyişiklik deməkdir və Aİ daxilində Ukraynaya hərbi yardım məsələsində parçalanmanı daha da dərinləşdirə bilər.

Poliqon.info

Seçilən
52
poliqon.info

1Mənbələr