AZ

Günün ulduz falı: bədxərcliyiniz sizi çətin duruma sala bilər

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir:

Qoç - Gün enerjili başlayacaq, lakin iç dünyanızda gözlənilməz suallar oyana bilər. Merkuri və Marsın Əqrəbdəki hərəkəti sizə daxili güc verir, lakin emosiyaları idarə etməkdə çətinlik çəkə bilərsiniz. İş yerində diqqətli olun, biri sizin mövqeyinizi zəiflətməyə çalışa bilər. Romantik sahədə isə ehtirasla ehtiyat arasında incə bir xətt var.

  • Sağlamlıq: Baş ağrılarına və qəzəblə bağlı problemlərə diqqət yetirin. Fiziki fəaliyyət sizi tarazlı saxlaya bilər.

  • Pul: Gözlənilməz bir borcun çıxması mümkündür. Bu gün pul xərcləmək yox, qənaət etmə günüdür.

Buğa - Ayın Uranla uyğunluqda olması sizə ani qərarlar və dəyişikliklər gətirə bilər. Sizin üçün sabitlik hər şeydən vacibdir, lakin bu gün kainat sizi rutindən çıxmağa çağırır. Dost çevrəsindən biri sizə yeni bir ideya verə bilər.

Seçilən
33
publika.az

1Mənbələr