AZ

İranla bağlı gözlənilməz gəlişmə: Faktlar ortaya çıxdı

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

İran Çindən gələn tədarüklərlə raket proqramını gizli şəkildə canlandırır.

Globalinfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Qeyd olunub ki, BMT-nin sanksiyalarının bərpasına baxmayaraq, İran ballistik raket proqramını aktiv şəkildə inkişaf etdirir.

Avropanın kəşfiyyat mənbələri bildirir ki, sentyabrın sonundan etibarən Çindən Bəndər Abbas limanına raket yanacağında istifadə olunan əsas komponentlərdən biri olan natrium perkloratın bir neçə partiyası çatdırılıb. Təxminən 2,000 ton həcmində olan bu tədarüklər İsraillə 12 günlük müharibədən qısa müddət sonra həyata keçirilib.

Bildirilir ki, bu təchizatlar Tehranın mövcud raket ehtiyatlarını artırmaq planının bir hissəsidir. Natrium perklorat birbaşa qadağan olunmuş maddə hesab edilməsə də, ballistik raketlərdə istifadə olunan ammonium perkloratın hazırlanmasında əsas komponent kimi istifadə olunur.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
globalinfo.az

1Mənbələr