AZ

Niderlandda seçkilərdə sağ populistlər məğlub olur

Exit-poll nəticələrinə görə, qalib sol-liberal “Demokratlar 66” partiyasıdır...

Poliqon xəbər verir ki, Niderlandda keçirilən parlament seçkilərinin ilkin nəticələri ölkənin siyasi mənzərəsində mühüm dəyişikliklərə işarə edir. Exit-poll nəticələrinə əsasən, sol-liberal “Demokratlar 66” (D66) partiyası seçkilərdə tarixi nəticə göstərərək qalib gəlir və parlamentdə çoxluq əldə etmək imkanına malik olur.

Əldə olunan məlumatlara görə, bu, partiyanın indiyədək qazandığı ən yüksək göstəricidir və onun lideri siyasətdə mərkəzçi, Avropa yönümlü xətti gücləndirməyi hədəfləyir.

Eyni zamanda, ötən seçkilərdə böyük qələbə qazanan sağ populist PVV partiyası və onun lideri Geert Vilders bu dəfə ciddi itkilərlə üzləşib. Partiyanın parlamentdəki təmsilçiliyi kəskin azalıb ki, bu da seçicilərin əhvalında sağ radikal ideyalardan uzaqlaşma tendensiyasını göstərir.

Siyasi müşahidəçilər bildirirlər ki, bu nəticələr Niderlandın siyasi xəritəsində sağ populizmdən mərkəzə doğru dönüş kimi qiymətləndirilə bilər. Bununla belə, yeni parlamentin formalaşması asandırmayan koalisiya danışıqları tələb edəcək.

Ekspertlərin fikrincə, D66-nın qələbəsi Avropa İttifaqı ilə inteqrasiya və iqlim siyasəti kimi məsələlərdə Brüssellə əməkdaşlığa daha açıq hökumətin yaranmasına gətirib çıxara bilər. Lakin sağ partiyaların bir hissəsinin hələ də müəyyən sayda mandat qazanması koalisiya balansını mürəkkəbləşdirə bilər.

Poliqon.info

Seçilən
64
poliqon.info

1Mənbələr