AZ

Tarixdə ilk dəfə - NVIDIA-nın dəyəri 5 trilyon dolları keçdi

ABŞ-ın çip istehsalçısı Nvidia, bazar kapitalizasiyasını 5 trilyon dollara çatdıran ilk şirkət olub.

FED.az xəbər verir ki, Nvidia hazırda dünyanın süni intellekt sənayesi üçün əsas çip təminatçısı sayılır.

Bu gün Nvidia-nın səhmlərinin qiyməti 4 faizdən çox artaraq 210,80 dollara çatıb. Səhmlərinin bahalaşması nəticəsində Nvidia-nın bazar dəyəri 5,1 trilyon dollara çataraq, bu həddi aşan ilk şirkət olub.

Neft Fondunun ən çox yatırım etdiyi şirkətlər: “NVIDIA”, “Microsoft” və "Apple" - MƏBLƏĞLƏR

Vaxtında ağıllı tərpənib səhmini 5-10 dollara alıblar – İNDİ QİYMƏTİ 1300 DOLLARDIR

Azərbaycanda oturub “Tesla”, “Apple” və “Nvidia”nın səhmini necə alaq? – Şirkətlərin Təklifləri – SİYAHI, QİYMƏTLƏR

Oktyabrın 28-də proqram tərtibatçıları, mühəndislər, tədqiqatçılar və informasiya texnologiyaları mütəxəssislərinin bir araya gəldiyi tədbirdə Nvidia-nın baş direktoru Jensen Huang şirkətin süni intellekt sahəsindəki yeni nailiyyətlərindən danışıb.

Qızıl yenidən 4000 dolları keçdi – SON QİYMƏT

ABŞ Energetika Nazirliyi ilə birgə 7 süni intellektli superkompüter hazırlayacağını açıqlayan şirkət, süni intellektli çiplər üçün 500 milyard dollarlıq sifariş gözlənildiyini bildirdi.

Finlandiyanın telekommunikasiya avadanlığı istehsalçısı Nokia-ya 1 milyard dollar sərmayə qoyacağını açıqlayan şirkət Palantir Technologies, Uber, Eli Lilly və Oracle kimi şirkətlərlə də əməkdaşlıq etdiyini açıqlayıb.

Nvidia-nın bazar dəyəri keçən ilin fevralında ilk dəfə olaraq 2 trilyon dolları, iyunda 3 trilyon dolları və iyulda 4 trilyon dolları ötüb, süni intellekt çiplərinə yüksək tələbat fonunda.

Dünyanın ən dəyərli şirkətləri siyahısında birinci yerdə olan Nvidia-dan sonra 4,03 trilyon dollarlıq bazar dəyəri ilə Microsoft və 4 trilyon dollarlıq bazar dəyəri ilə Apple gəlir.

Seçilən
38
15
fed.az

10Mənbələr