"29 oktyabr Türkiyə Cümhuriyyətinin elan olunduğu gündür. Bu tarixi gün qardaş Türkiyə, o cümlədən bütün türk dünyası üçün mənəvi əhəmiyyət daşıyan bir gündür. Bu tarix müasir türk dövlətçiliyinin, milli iradənin, azadlıq və müstəqillik ideallarının rəmzidir".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.
O, açıqlamasında qeyd edib ki, Mustafa Kamal Atatürkün rəhbərliyi ilə əsası qoyulan Cümhuriyyət türk xalqının yenilməz ruhunun, elmə, tərəqqiyə və demokratiyaya inamının təcəssümüdür:
"Bu dəyərlər bu gün də Türk dünyasını birləşdirən mənəvi bağların əsasında dayanır. Azərbaycan və Türkiyə "Bir millət, iki dövlət" prinsipi ilə həm tarixi kökləri, həm də gələcəyə yönəlmiş ortaq məqsədləri paylaşır. Cənab Prezident İlham Əliyevin və Türkiyə Cumhurbaşkanı Rəcəb Tayyib Ərdoğanın qətiyyətli liderliyi ilə qardaşlıq münasibətlərimiz daha da möhkəmlənir. Qardaş Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, daim rifah, sabitlik və inkişaf diləyirəm".
Vüsalə İbrahimli