AZ

"Sabah" FIBA Çempionlar Liqasında növbəti dəfə məğlub oldu

"Sabah" basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxıb.

Fanat.Az xəbər verir ki, səfərdə Fransa təmsilçisi "Elan Şalon"la üz-üzə gələn Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv 71:84 hesabı ilə məğlub olub.

B qrupunun matçı Şalon-sur-Son şəhərindəki Le Kolizeydə keçirilib.

Qeyd edək ki, Bakı klubu ilk iki görüşdə Çexiya təmsilçisi "Nimburk"a (65:93) və Almaniyanın "Alba" (76:85) komandalarına məğlub olub.

Seçilən
27
6
fanat.az

7Mənbələr