AZ

Hindistan hava kirliliyinə qarşı bu üsula əl atdı

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Hindistan hökuməti Yeni Dehlidə havanın çirklənməsini azaltmaq səyləri çərçivəsində şəhərin müəyyən hissələrində havaya kimyəvi maddələr buraxaraq “süni yağış” yaratmağa çalışır.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “NDTV” telekanalı məlumat yayıb.

Bildirilir ki, Yeni Dehlidə il boyu yaşanan hava çirkliliyi problemi qış yaxınlaşdıqca daha da güclənir.

Şəhərdə havanın çirklənməsi ilə mübarizə aparmaq üçün hökumət yağışları təşviq etmək üçün atmosferə xüsusi kimyəvi maddələrin buraxılmasını nəzərdə tutan “bulud toxumu” üsuluna əl atıb.

Təyyarələrdən lazımi kimyəvi birləşmələr iki ayrı dövrədə günorta saatlarında şəhərin bəzi hissələrinə buraxılıb.

Lakin hava proqnozları paytaxtda yağıntı ehtimalının az olduğunu göstərir.

Noyabrın sonuna qədər növbəti “bulud toxumu” sınaqları planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
qafqazinfo.az

1Mənbələr