AZ

Zelenski: Cəbhədə ən ağır vəziyyət Pokrovske istiqamətindədir

Ukrayna Prezidenti Vladimir Zelenski cəbhə xəttində vəziyyətin ən gərgin olduğu istiqaməti açıqlayıb.

Musavat.com xəbər verir ki, Zelenski axşam müraciətində Pokrovske istiqamətində ağır döyüşlərin davam etdiyini, vəziyyətin burada ən çətin olaraq qaldığını bildirib.

Prezidentin sözlərinə görə, Kupyansk istiqamətində isə Ukrayna qüvvələri nəzarəti tədricən gücləndirir və mövqelərini bərkitməyə nail olur.

Zelenski həmçinin qeyd edib ki, hərbi komandanlıqla birlikdə uzaqmənzilli əməliyyatların planlaşdırılmasını razılaşdırıb. Bu əməliyyatların məqsədi, onun ifadəsiylə, Rusiyanı müharibəni dayandırmağa məcbur etməkdir. 

 

Musavat.com

Seçilən
42
musavat.com

1Mənbələr