AZ

Bu ilin ilk altı ayında Suriyaya 28 milyard dollar sərmayə qoyulub

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qahirə, 30 oktyabr, AZƏRTAC

Bu ilin ilk altı ayında Suriyaya ümumilikdə 28 milyard ABŞ dolları məbləğində sərmayə daxil olub. Ölkəyə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı və Qətərdən böyük investisiyalar yatırılıb.

AZƏRTAC xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd əş-Şəraa Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 9-cu “Gələcək investisiya təşəbbüsü” konfransında çıxışında deyib.

Prezident qeyd edib ki, Səudiyyə şirkətləri Suriyaya 7 milyard dollar dəyərində sərmayə yatırmağa başlayıblar. Eyni zamanda, Qətər şirkətləri Dəməşq hava limanına və 5000 meqavat gücündə enerji istehsalı layihəsinə investisiya qoyub.

Suriya Prezidenti bildirib ki, ölkə regional mövqeyini bərpa edib və bu gün BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə ilə çox yaxşı münasibətlərə malikdir.

O, həmçinin vurğulayıb ki, Suriya sərmayə qanunvericiliyini investorlar üçün daha əlverişli hala gətirib. Bu kontekstdə qəbul edilən yeni qanun “dünyada ən yaxşı 10 sərmayə qanunu” arasında yer alır.

Suriya iqtisadiyyatının potensialından danışan Əhməd əş-Şəraa bildirib ki, ölkə neft, qaz və kənd təsərrüfatı sektorlarında böyük imkanlara malikdir. Qeyd olunub ki, təxminən 25 milyon əhalisi olan Suriya, bu potensialı sayəsində 250–300 milyon nəfərin tələbatını ödəmək gücünə sahibdir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
1
azertag.az

2Mənbələr