Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının Ukraynaya dəstək siyasətinə qarşı “sülh yönümlü kampaniya” başladığını elan edib.
Musavat.com xəbər verir ki, Orban bu barədə Facebook hesabında məlumat verib və ölkə boyu keçiriləcək mitinqlər seriyasına qeydiyyatın başladığını açıqlayıb.
“Münaqişənin yayılma riski indi hər zamankından daha yüksəkdir. Avropalılar müharibə istəyirlər. Biz də avropalıyıq, amma biz bunu istəmirik”, – deyə Macarıstan lideri bildirib.
Mitinqlər 15 noyabrda Dyör şəhərində start götürəcək və 20 dekabradək daha dörd şəhərdə keçiriləcək.
Qeyd edək ki, Viktor Orban son aylarda dəfələrlə Brüsselin Ukraynaya hərbi dəstəyini tənqid edərək “sülh danışıqlarının alternativsizliyini” vurğulayıb.
Musavat.com