AZ

“İnter” böyük hesabla “Fiorentina”ya qalib gəlib - VİDEO

İtaliya A Seriyasının 9-cu turunun “İnter” və “Fiorentina” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, oyun Milandakı “Stadio Giuseppe Meazza”da baş tutub. Meydan sahibləri 3-0 hesabı ilə qələbə qazanıblar.

Hakan Çalhanoğlu matçın ilk qolunu 66-cı dəqiqədə vurub. Beş dəqiqə sonra yarımmüdafiəçi Petar Suçiç “qara-mavilər”in üstünlüyünü artırdı. 86-cı dəqiqədə “Fiorentina”nın müdafiəçisi Mattia Viti ikinci sarı vərəqə alaraq meydandan qovulub. Oyunun sonunda, 88-ci dəqiqədə Çalhanoğlu penaltidən qol vuraraq hesabı 3:0-a çatdırıb.

Bu oyundan sonra “İnter” turnir cədvəlində 18 xalla üçüncü, “Fiorentina” isə dörd xalla sonuncudan əvvəlki, 19-cu yerdədir.

İdman.Biz

Seçilən
45
1
idman.biz

2Mənbələr