İstanbulda zəlzələ qeydə alınıb.
NOCOMMENT.az Türkiyə mediasına istinadən xəbər verir ki, yeraltı təkanlar bu axşam saatlarında şəhərin müxtəlif rayonlarında hiss olunub.
Zəlzələnin gücü hələlik dəqiqləşdirilməsə də, bəzi bölgələrdə binaların silkələnməsi sakinlər arasında təşvişə səbəb olub. İnsanlar evlərini tərk edərək küçələrə çıxıblar.
 
                        