AZ

“Mançester Siti” qələbə qazanaraq Liqa Kubokunda mərhələ adlayıb - VIDEO

İngiltərə Liqa Kubokunun dördüncü turunun “Suonsi Siti” və “Mançester Siti” arasında keçirilən oyunu başa çatıb.

İdman.Biz bildirir ki, “şəhərlilər” 3-1 hesabı ilə qələbə qazanıblar.

Qonsalo Baptista Franko 12-ci dəqiqədə meydan sahiblərini irəli çıxarıb. Ceremi Doku isə 39-cu dəqiqədə hesabı bərabərləşdirib. “Şəhərlilər”in ikinci qolunu 77-ci dəqiqədə Omar Marmuş, üçüncü qolunu 90+3-cü dəqiqədə Rayan Çerki vurub.

Hazırkı İngiltərə Liqa Kubokunun sahibi finalda “Liverpul”u 2-1 hesabı ilə məğlub edən “Nyukasl Yunayted”dir.

İdman.Biz

Seçilən
46
1
idman.biz

2Mənbələr