AZ

ABŞ-də hökumətin bağlanması iqtisadiyyata 14 milyard dollara başa gələ bilər

BAKI, 30 oktyabr. TELEQRAF

ABŞ-də federal hökumətin fəaliyyətinin dayandırılmasının iqtisadiyyata 14 milyard dollara qədər zərər vura bilər.

Teleqraf xəbər verir ki, bunu ABŞ Konqresinin Büdcə Ofisi (CBO) açıqlayıb.

Hesabatda qeyd olunur ki, büdcə razılaşmazlığı səbəbindən davam edən hökumət bağlanması federal xərclərin gecikməsinə və bunun da ümumi iqtisadi aktivliyə mənfi təsir göstərməsinə səbəb olacaq.

"CBO"nun təhlilinə əsasən, hökumətin 4, 6 və ya 8 həftə bağlı qalması ilə bağlı ssenarilərdə ÜDM-in ilin dördüncü rübündə 1–2 bənd azalacağı proqnozlaşdırılır.

Bildirilib ki, iqtisadi fəaliyyətin bir hissəsi sonradan bərpa olunsa da, 7-14 milyard dollarlıq itkinin kompensasiya olunmayacağı ehtimal edilir.

Məlumata görə, 1 oktyabrdan bəri bağlı olan federal hökumətin fəaliyyəti dayandığı müddətcə iqtisadi təsirlər daha da dərinləşəcək.

Seçilən
27
teleqraf.com

1Mənbələr