AZ

Liqa 1: “Marsel” – “Anje” oyunu heç-heçə başa çatıb

Fransa çempionatının 10-cu turunda “Marsel”lə “Anje” üz-üzə gəliblər.

İdman.Biz bildirir ki, oyun 2-2 hesablı heç-heçə ilə başa çatıb.

25-ci dəqiqədə “Anje”nin hücumçusu Sidiki Şerif ilk qolu vurub. 52-ci dəqiqədə “Marsel”li Robiniu Vaş hesabı bərabərləşdirib. 70-ci dəqiqədə Vaş ikinci qolunu vuraraq “Marsel”i irəli çıxarıb. 90+6-cı dəqiqədə “Anje”nin müdafiəçisi Usman Kamara hesabı bərabərləşdirib.

10 oyundan sonra “Marsel” Liqa 1 turnir cədvəlində 19 xalla üçüncü yerdədir. “Anje” isə 10 xalla 13-cü yerdə qərarlaşıb.

İdman.Biz

Seçilən
52
1
idman.biz

2Mənbələr