AZ

Misin qiyməti tarixi maksimuma çatdı

BAKI, 30 oktyabr. TELEQRAF

Misin qiyməti tarixi rekord səviyyəyə yüksəlib.

Teleqraf xəbər verir ki, bu barədə Londonda metal birjası məlumat yayıb.

Agentliyin məlumatına görə, üç aylıq fyuçerslərin dəyəri ticarət zamanı tonuna görə 11 146 ABŞ dolları ​(təxmini 18 949 manat) olub. Bununla da 2024-cü ildə qeydə alınmış əvvəlki maksimum göstərici yenilənib.

"Bloomberg" qeyd edir ki, son bir il ərzində misin qiyməti 26% artıb. Artımın əsas səbəbləri arasında Çili, İndoneziya və Afrika ölkələrində hasilatın azalması göstərilir.

Seçilən
45
teleqraf.com

1Mənbələr