Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ-nin "Nvidia" korporasiyası beş trilyon dollar bazar kapitallaşmasına çataraq dünyanın ən dəyərli səhmdar şirkəti olub.
Oxu.Az bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir.
Çip istehsalçısı "Nvidia"nın səhmləri ABŞ Prezidenti Donald Trampın Çin lideri Si Cinpinlə şirkətin çiplərinin Çinə ixracını müzakirə etmək niyyətini bildirdikdən sonra 3.5% bahalaşaraq, hər səhm üçün 208.05 dollar təşkil edib.
Agentliyin məlumatına görə, 2025-ci ildə "Nvidia"nın səhmləri 50%-dən çox bahalaşıb və "S&P 500" indeksinin artımının təxminən beşdə birini təmin edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.