AZ

Rusiyalı basketbolçunun ABŞ yə ekstradisiyası barədə qərar çıxarıldı: İdmançını 25 il həbs cəzası gözləyir

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paris məhkəməsi Fransada saxlanılan rusiyalı basketbolçu Daniil Kasatkinin ABŞ-yə ekstradisiyasına dair qərar çıxarıb.

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, idmançını kompüter fırıldaqçılığına görə ABŞ-də 25 ilə qədər həbs cəzası gözləyir.

Basketbolçu 2025-ci il iyunun 21-də ABŞ-nin tələbi ilə sevgilisi ilə getdiyi "Ruassi-Şarl-de-Qoll" hava limanında saxlanılıb. Kasatkin haker qrupunda iştirakda şübhəli bilinir. Rusiyalı idmançı ittihamları rədd edir.

Daha əvvəl bildirilmişdi ki, Kasatkinin şübhəli bilindiyi haker şəbəkəsi iki federal qurum da daxil olmaqla, təxminən 900 təşkilata hücumlar həyata keçirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
69
oxu.az

1Mənbələr