AZ

"Melissa" qasırğasının peyk görüntüsü yayıldı - Video

Roskosmos "Melissa" qasırğasının peyk görüntüsünü yayıb.

Publika.az xəbər verir ki, görüntülər Rusiyanın "Elektro-L" və "Arktika-M" hidrometeoroloji peykləri tərəfindən çəkilib.

Qeyd edilib ki, Roskosmos peykləri qasırğanın irəliləməsini izləyir.

Oktyabrın 28-də "Melissa" qasırğası sürəti 295 km/saata çatan küləklə Yamaykanı vurub. Təbii fəlakət yarım milyondan çox sakini elektriksiz qoyub. Qasırğa daha sonra 4-cü kateqoriyalı fırtınaya qədər zəifləyib və Yamaykadan Kubaya doğru uzaqlaşmağa başlayıb.

Təbii fəlakət nəticəsində ölənlərin sayı 49-a çatıb.

Seçilən
49
publika.az

1Mənbələr