AZ

“Çelsi”nin oyunçusu dünya çempionatına başqa yığmanın heyətində oynaya bilər

“Çelsi”nin müdafiəçisi Coş Açeamponq idman vətəndaşlığını dəyişə bilər.

İdman.Biz bu barədə talkSPORT-a istinadən məlumat verir.

Qana Futbol Assosiasiyası oyunçunu yaxından izləyir, çünki o, valideynlərinin vətəndaşlığına əsasən ölkə üçün oynamaq hüququna malikdir.

Ölkənin milli komandası DÇ-2026-ya vəsiqə qazanıb. Qana ümid edir ki, bu arqument Açeamponqu milli komandasında oynamağa inandıracaq.

Coş İngiltərə milli komandasını əvvəlki bütün yaş səviyyələrində təmsil edib və hazırda gənclərdən ibarətə yığma komandanın üzvüdür.

Açeamponq həmçinin İrlandiya Respublikasını təmsil etmək hüququna da malikdir.

İdman.Biz

Seçilən
49
1
idman.biz

2Mənbələr