Ağstafa şəhər Mərkəzi Stadionunda Ağstafa rayonu üzrə gənclər və idman sektoru tərəfindən atletika üzrə rayon turniri keçirilib. 

Rekord.az xəbər verir ki, yarışda 2011–2012-ci il təvəllüdlü yeniyetmə oğlanlar mübarizə aparıblar.

Turnirdə 25 nəfər iştirak edib. Qaliblər Qazax–Tovuz Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.