BAKI, 30 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ölkənin Müdafiə Nazirliyinə nüvə silahının sınaqlarına dərhal başlamaq barədə göstəriş verib.
Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısı "Truth Social" platformasında paylaşım edib.
Tramp bəyan edib ki, ABŞ dünyanın ən böyük nüvə arsenalına malikdir. Onun sözlərinə görə, Rusiya ikinci yerdədir, Çin isə hazırda xeyli geri qalır, lakin beş il ərzində bu fərqi aradan qaldıra bilər.
“Digər ölkələrin həyata keçirdiyi sınaq proqramları ilə əlaqədar olaraq, mən Müdafiə Nazirliyinə nüvə silahlarımızın bərabər əsaslarla sınaqlarına başlamağı tapşırdım. Bu proses dərhal başlanacaq”, - deyə Tramp bildirib.