Bakı. Trend:
MLS Futbol Oyunçuları Assosiasiyası liqa futbolçularının oktyabrayına olan maaş reytinqini açıqlayıb.
Trend xəbər verirki, “İnter Mayami”nin hücumçusu Lionel Messi ildə 20,4 milyondollar qazanaraq siyahıya başçılıq edir.
İkinci pillədə “Los-Anceles” klubunun forvardı Son Hın Min (11,2milyon dollar), üçüncü yerdə isə “İnter Mayami”nin yarımmüdafiəçisiSerxio Buskets (8,8 milyon dollar) qərarlaşıb.
İlk beşliyə həmçinin Migel Almiron (“Atlanta Yunayted”, 6,1milyon dollar) və İrvinq Losano (“San Dieqo”, 6 milyon dollar)daxildir.
MLS-də futbolçulara ən çox maaş ödəyən klub “İnter Mayami”dir –48,97 milyon dollar. “Los-Anceles” 30,1 milyon dollarla ikinci,“Atlanta” isə 28,48 milyon dollarla üçüncü sırada yer alıb. Ən azvəsait ayıran komanda isə “Monreal İmpakt” olub – 12,92 milyondollar.