AZ

Mərkəzi Asiya iqlim dəyişikliyinə uyğunlaşma üçün 250 milyon dollar alacaq

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 30 oktyabr, AZƏRTAC

Yaşıl İqlim Fondu (YİF) Asiya İnkişaf Bankı (AİB) tərəfindən həyata keçirilən “Buzlaqlardan fermalara” adlı flaqman adaptasiya proqramının icrası üçün 250 milyon dollar məbləğində maliyyələşməni təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə AİB-in mətbuat xidməti məlumat yayıb.

Proqram buzlaqlardan asılı olan Mərkəzi Asiya, Cənubi Qafqaz və Pakistanın həssas icmaları üçün dayanıqlı su təchizatı və kənd təsərrüfatı sistemlərinin yaradılmasına yönəlib. YİF tərəfindən ayrılan maliyyə əsasən qrant formasında təqdim olunacaq və AİB tərəfindən növbəti on il ərzində proqramın iştirakçı ölkələri tərəfindən müəyyənləşdirilmiş bir sıra layihələrin icrasına yönəldiləcək 3,25 milyard dollarlıq investisiya ilə birgə yatırılacaq.

Qeyd olunur ki, investisiyalar səmərəli suvarma sistemlərinin inkişafına, su anbarlarının tikintisinə və hövzələrin idarə edilməsinə yönəldiləcək. Bu tədbirlər sürətlə əriyən buzlaqların təsiri altında artan quraqlıqlar və daşqınlar şəraitində kənd təsərrüfatının məhsuldarlığını artırmaq məqsədi daşıyır.

“Buzlaqlardan fermalara” proqramı buzlaqlarla qidalanan dörd böyük çay hövzəsini əhatə edəcək. Bunlar Mərkəzi Asiyada Narın və Pənc, Cənubi Qafqazda Kura və Pakistanda Svatdır. Ümumi əhatə sahəsi təxminən 27 milyon hektar təşkil edəcək.

Xüsusi diqqət 4650 kvadrat kilometr ərazini əhatə edən və Tacikistanla Əfqanıstan sərhədinin bir hissəsini təşkil edən Pənc çayı hövzəsinə yönəldiləcək. Bu bölgədə buzlaqların geri çəkilməsi temperaturun 5°C-yədək yüksəlməsi və yağıntı rejiminin dəyişməsi fonunda sürətlə davam edir. Pənc hövzəsi Mərkəzi Asiyanın ən iri buzlaq regionlarından biridir.

Buzlaqların əriməsi daşqın, torpaq sürüşməsi və buzlaq göllərinin dağılması riskini artırır, bu isə həssas dağ icmalarının həyat fəaliyyəti üçün vacib olan su təchizatı, hidroenergetika və kənd təsərrüfatı sistemlərini təhlükə altına salır. Proqram çərçivəsində erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi və yerli icmaların iqlim risklərinə davamlılığının artırılması nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
48
azertag.az

1Mənbələr