AZ

Busanda Si Cinpin və Tramp arasında görüş başladı

BAKI, 30 oktyabr. TELEQRAF

Çin Xalq Respublikasının sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın Busan şəhərində görüşə başlayıblar.

Teleqraf xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Görüş Kyoncu şəhərində keçirilən Asiya-Sakit Okean Əməkdaşlığı Təşkilatının (APEC) 32-ci qeyri-rəsmi liderlər toplantısı çərçivəsində baş tutur.

Çin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, tərəflər ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparacaqlar.

Tramp isə görüş ərəfəsində çıxışında “ədalətli ticarət razılaşması”na ümid etdiyini bildirib. ABŞ lideri, həmçinin, Çindən idxal edilən mallara tətbiq edilən əlavə rüsumların azaldılması imkanını da nəzərdən keçirdiyini deyib. Bu rüsumlar əvvəlcə fentanil qaçaqmalçılığı ilə mübarizə adı altında tətbiq olunmuşdu.

Seçilən
46
teleqraf.com

1Mənbələr