AZ

KİV: ABŞ Cənubi Çin dənizində HIMARS sistemlərindən istifadə edə bilər

BAKI, 30 oktyabr. TELEQRAF

ABŞ ordusu Cənubi Çin dənizində HIMARS reaktiv yaylım atəş sistemlərindən istifadə etməyi planlaşdırır.

Teıeqraf xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

Bildirilir ki, bununla Vaşinqton bölgədə öz hərbi gücünü nümayiş etdirmək niyyətindədir.

Mənbənin məlumatına görə, əməliyyatın məqsədi Pekinin bölgədə artan hərbi mövcudluğuna qarşı dayanmaqdır. Lakin HIMARS sisteminin hansı hədəfə yönəldiləcəyi hələlik məlum deyil.

Eyni zamanda, bir sıra mənbələr belə bir əməliyyatın həyata keçirilməsinin az ehtimallı olduğunu qeyd ediblər.

Seçilən
32
teleqraf.com

1Mənbələr