AZ

Medvedev: “Poseydon”un Belçika ərazisində sınağı bu ölkəni yox edər...

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini NATO və Belçikanın bəyanatlarına sərt reaksiya verib...

Poliqon xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev sosial şəbəkə X-də bəyan edib ki, Rusiyanın pilotsuz sualtı aparatı “Poseydon”un Belçika ərazisində sınaqdan keçirilməsi “bu ölkənin xəritədən silinməsi” ilə nəticələnəcək.

Medvedevin bu açıqlaması onun əvvəlki paylaşımına yazılmış şərhə cavab olaraq səsləndirilib. Həmin paylaşımda o, “Poseydon”u potensial “Qiyamət günü silahı” adlandırmış və rusiyalılara sınağın uğurla keçirilməsi münasibətilə təbrik ünvanlamışdı. O, həmçinin Belçikanın müdafiə naziri Teo Frankeni qeyd edərək ironik tonda “bütün rus dostlarını” təbrik etmişdi.

Xatırladaq ki, daha əvvəl Teo Franken De Morgen nəşrinə müsahibəsində bəyan etmişdi ki, əgər Rusiya Brüsseli vurarsa, NATOMoskvanı xəritədən siləcək”. Nazir bu fikirləri Rusiyanın “Burevestnik” adlı qanadlı raketini sınaqdan keçirməsinə cavab olaraq səsləndirmişdi. Rusiya səfirliyi isə Frankenin bu sözlərini “tamamilə məsuliyyətsiz” adlandırmışdı.

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko da sonradan Frankenin hədələrini “yalnız ritorika” kimi qiymətləndirərək qeyd edib ki, “Qərbi Avropa hazırda hərbi isteriya atmosferindən həzz alır”.

Müşahidəçilər bildirirlər ki, Moskva və Brüssel arasında ritorik gərginliyin artması Avropada nüvə və hərbi qarşıdurma risklərini daha da yüksəldir.

Poliqon.info

Seçilən
29
poliqon.info

1Mənbələr