Bakı. Trend:
14 illik fasilədən sonra Soçi və Trabzon şəhərləri arasındasərnişin-yük bərə xidməti yenidən fəaliyyətə başlayacaq.
Trend xəbər verirki, noyabrın 5-dən etibarən fəaliyyətə başlayacaq "Seabridge"bərəsi 450 sərnişin və 200-dən çox avtomobil daşıya biləcək. Bərəhəftədə iki dəfə – bazar ertəsi və cümə axşamı – işləyəcək vəsəyahət təxminən 12 saat davam edəcək.
Qeyd edək ki, ilk səfər əvvəlcə oktyabrın 29-na planlaşdırılsada, 5-6 bal gücündə fırtına səbəbindən noyabrın 5-nə təxirəsalınıb.