Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Nvidia" şirkəti ABŞ Energetika Nazirliyinin maraqlarından irəli gələn süni intellekt dəstəkli yeddi yeni superkompüterin yaradıldığını elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə şirkətin prezidenti və baş icraçı direktoru Jensen Huanq məlumat verib.
"Nvidia" "Oracle" proqram təminatçısı və HPE şirkəti ilə birlikdə ABŞ-nin milli laboratoriyaları üçün superkompüterlər yaratmaq layihəsinə start verib.
Ən güclü superkompüterlər - "Solstice" və "Equinox" sistemləri ABŞ Energetika Nazirliyinin İllinoys ştatındakı Arqonn Milli Laboratoriyasında yerləşdiriləcək. Bu sistemlər elmi modellərin yaradılması və elmi tədqiqatları dəstəkləyən müstəqil süni intellektin inkişaf etdirilməsi üçün istifadə ediləcək.
"Mission" və "Vision" sistemləri Nyu-Meksiko ştatındakı Los-Alamos Milli Laboratoriyasına veriləcək. "Mission" sistemi milli təhlükəsizliklə bağlı məxfi layihələri emal edəcək, "Vision" isə energetika və biotibb sahəsində elmi tədqiqatlarda istifadə olunacaq.
Digər üç sistem - "Tara", "Minerva" və "Janus" tədqiqatçıların hesablama imkanlarını genişləndirməyə imkan verəcək. Bundan əlavə, "Nvidia"nın Energetika Nazirliyi üçün yaradacağı superkompüterlər ABŞ-nin öz nüvə silahları arsenalını qismən genişləndirməsinə kömək edəcək.
"Nvidia" rəhbərliyi bu təşəbbüsləri dövlət tərəfindən dəstəkləndiyi üçün ABŞ Prezidenti Donald Trampa təşəkkürünü bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.