Maliyyə təqviminə görə 30 sentyabrda başa çatan üç aylıq dövrü (iyul-sentyabr) 2026-cı maliyyə ilinin birinci rübü kimi qəbul edən Microsoft hesabatını açıqlayıb.
Marja xəbər verir ki, şirkətin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 18% artaraq 77,7 milyard dollara yüksəlib. Ötən ilin eyni dövründə gəlir 65,6 milyard dollar idi.
Şirkətin xalis mənfəəti də 12% artaraq 27,7 milyard dollara çatıb (ötən ilin iyul sentyabr dövründə 24,7 milyard dollar).
Səhmlərin hər birinə düşən mənfəət 3,30 dollardan 3,72 dollara yüksəlib.
 
                        