AZ

Real ın braziliyalı ilə bağlı planı dəyişməyib

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Baş məşqçi Xabi Alonso ilə münasibətlərin korlanmasına baxmayaraq "Real" hücumçu Vinisius Juniorla müqaviləni uzatmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Cadena Ser" məlumat yayıb.

Mənbənin sözlərinə görə, forvardla bağlı "Real"ın planları dəyişməyib. Klub rəhbərliyi braziliyalınının yeni anlaşmaya imza atmasını istəyir.  

Bir müddət əvvəl mətbuatda Vinisiusun "Real"dan ayrılmaq istədiyi, agentindən ona yeni klub tapmasını xahiş etdiyi ilə bağlı xəbərlər yayılıb.

Qeyd edək ki, Vinisius La Liqasının 10-cu turunda "Barselona" ilə oyunun (2-1) 72-ci dəqiqəsində əvəzlənərkən Alonsonu tənqid edərək tunelə yollanmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
sport24.az

1Mənbələr