AZ

Ulduz futbolçu ​“Qarabağ”a transfer ola bilər

“Qarabağ”ın sabiq futbolçusu, hazırda “Flamenqo”da oynayan Juninyo Olavio klubdan ayrıla bilər. Metbuat.az xəbər verir ki, forvard “Flamenqo”da qalmaq istəmir. Braziliya mediasının məlumatına görə, o, əsas heyətə düşməkdə çətinlik çəkdiyi üçün başqa kluba transfer olmaq istəyir. Juninyonun “Qarabağ”a qayıtmaq variantı da var.

Qeyd edək ki, bundan əvvəl “Qarabağ” Juninyo Olavionu transfer etmək istəsə də, “Flamenqo” tərəfi transferə mane olmuşdu.

Seçilən
30
1
metbuat.az

2Mənbələr