AZ

Rusiya kəşfiyyatından iddia - Fransa Ukraynaya qoşun yeritməyə hazırlaşır...


Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin iddiasına görə, Fransa Ukraynaya qoşun göndərməyə hazırlaşır.

Moskvada bəyan edirlər ki, Fransa prezidenti Makronun əmri ilə Ukraynaya yardım məqsədilə yerləşdirilmək üçün 2 minə yaxın əsgər və zabitdən ibarət hərbi kontingent hazırlanır.

Rusiyanın Xarici Kəşfiyyatı daha əvvəl də Makronun Ukraynaya hərbi müdaxilə arzusunda olduğunu bəyan etmişdi.

“Formalaşmanın onurğası əsasən Latın Amerikası ölkələrindən olan fransız Xarici Legionunun döyüşçülərindən ibarət olacaq. Hazırda legionerlər Polşanın Ukrayna ilə sərhəd bölgələrində yerləşdiriliblər, intensiv döyüş hazırlığından keçirlər, silah və hərbi təchizat alırlar” – deyə kəşfiyyatın açıqlamasında qeyd olunur.

Bir neçə gün əvvəl Fransa Ordusu generalı, Quru Qoşunları komandanı Pyer Şil, lazım gələrsə, ölkəsinin 2026-cı ildə Ukraynaya qoşun göndərməyə hazır olduğunu bildirib.

Şil, bu addımın təhlükəsizlik zəmanətləri çərçivəsində atıla biləcəyini bildirib. Fransa televiziya kanalı BFM-in məlumatına görə, bu açıqlama Parisin Ukraynadakı münaqişəyə "müdaxilə etməyə hazır olduğunu" ifadə edir.

TAHİR

Seçilən
31
baki-xeber.com

1Mənbələr