AZ

Aİ İsraili Qəzzada atəşkəsə əməl etməyə çağırıb

Aİ

Avropa Komissiyasının (Aİ) sözçüsü Anuar El-Anuni Brüsseldə keçirdiyi mətbuat konfransında İsrailin atəşkəsi pozması və Qəzzaya hücumları ilə bağlı açıqlama verib.

Reyting.az
-ın məlumatına görə, Anuar El-Anuni deyib ki, tərəflər prosesi poza biləcək və Qəzzada münaqişənin yenidən başlanmasına səbəb olacaq hərəkətlərdən çəkinməlidirlər.

El-Anuni atəşkəs rejiminin pozulmasının qarşısını almaqdan ötrü tərəfləri razılaşmaya hörmət etməyə çağırıb.

Qeyd edək ki, oktyabrın 28-də axşam saatlarında İsrail tərəfi atəşkəsi yenidən pozub.

E. KAMAL
Seçilən
20
reyting.az

1Mənbələr