AZ

Tramp və Si Tsinpin 2019-cu ildən bəri ilk dəfə görüşüblər

ABŞ və Çin liderlərinin Cənubi Koreyada keçirilən görüşü iki ölkə arasında münasibətlərin yeni mərhələsi kimi dəyərləndirilir...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Tsinpin 2019-cu ildən bəri ilk dəfə Cənubi Koreyada ikitərəfli danışıqlara başlayıblar. Görüş barədə məlumatı ABŞ mediası yayıb.

İki lider danışıqlar öncəsi bir-birlərini salamlayaraq əl sıxıblar və bu görüşdən məmnunluqlarını ifadə ediblər.

“Heç bir şübhəm yoxdur ki, görüşümüz uğurlu olacaq”. Ardınca o, zarafatla əlavə edib: “Si Tsinpin yaxşı danışıqlar aparandır. Bu, bəzən bizim üçün yaxşı xəbər olmur”, deyə Tramp çıxışında qeyd edib.

Müşahidəçilərin fikrincə, bu görüş Vaşinqton və Pekin arasında ticarət, təhlükəsizlik və texnoloji rəqabət sahələrində gərginliyin artdığı bir dövrdə baş tutur. Ekspertlər hesab edirlər ki, tərəflər dialoqu bərpa etməklə strateji sabitliyi qorumağa və mümkün razılaşmalar üçün əsas yaratmağa çalışırlar.

Poliqon.info

Seçilən
20
poliqon.info

1Mənbələr