AZ

ABŞ-də yeni reaktiv döyüş dronu hazırlanır

Shield AI şirkəti VTOL sinfinə aid, hava döyüşləri və kəşfiyyat üçün nəzərdə tutulan X-VAT adlı pilotsuz aparat üzərində işləyir...

Poliqon xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında yerləşən Shield AI korporasiyası keçmiş SpaceX rəhbərlərindən biri olan Armor Harrisin rəhbərliyi ilə yeni nəsil reaktiv döyüş dronu üzərində işləyir. Layihə artıq 1,5 ildir davam edir və “X-VAT” adını alıb.

Yeni aparat VTOL sinfi (şaquli qalxış və eniş) texnologiyasına əsaslanır. Onun uzunluğu 7,9 metr, qanad açıqlığı isə 11,9 metr təşkil edir. Planlaşdırılan uçuş məsafəsi 3700 kilometr, maksimal uçuş hündürlüyü isə 15 kilometr olacaq.

Dron radara az görünən texnologiya ilə hazırlanır və modul tipli açıq arxitekturaya malikdir. O, hava döyüşləri, yerüstü hədəflərin məhv edilməsi, radio-elektron mübarizə (RƏM) və kəşfiyyat əməliyyatları üçün nəzərdə tutulur.

Mühüm üstünlüklərindən biri uçuş-enmə zolağından asılı olmamasıdır. X-VAT şaquli qalxış rejimində mühərrikini forsa rejimində işə salır, eniş isə idarə olunan təkan vektorlu soplo vasitəsilə quyruq hissəsinə endirilərək həyata keçirilir. Bu texnologiya NASA-nın 1990-cı illərdəki ACTIVE proqramı çərçivəsində sınaqdan keçirilmişdi.

Ekspertlər hesab edirlər ki, X-VAT layihəsi ABŞ-ın pilotsuz döyüş aviasiyasını yeni mərhələyə çıxaracaq və gələcəkdə insansız eskadron konsepsiyalarında əsas elementə çevrilə bilər.

Poliqon.info

Seçilən
27
poliqon.info

1Mənbələr