AZ

Bakıda güclü külək başladı

Gecə saatlarından başlayaraq paytaxt Bakıda güclü külək müşahidə olunur.

“Yeni Sabah”ın məlumatına görə, eyni zamanda bölgələrdə də hava şəraiti pisləşib, güclü külək əsir və yağış yağır.

Bildirək ki, bu gündən havanın dəyişəcəyi haqda Milli Hidrometeorologiya Xidmətindən məlumat yaymışdı. pizza hut

Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, güclü şimal qərb küləyi olacağı pronozlaşdırılmışdı.

Bununla bərabər Azərbaycanın rayonlarında yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Fövqəladə hallar Nazirliyi vətəndaşları, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi isə sürücüləri ehtiyatlı olmağa çağırıb.


Telegram kanalımız
Seçilən
28
1
yenisabah.az

2Mənbələr