Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəGədəbəy rayonunun Slavyanka kəndində vətəndaşın quyuda köməksizvəziyyətdə qalması barədə məlumat daxil olub.
Trend xəbər verirki, bu barədə FHN məlumat yayıb.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə XidmətininGədəbəy Rayon Yanğından Mühafizə Hissəsininyanğınsöndürən-xilasediciləri cəlb olunublar.
Əməliyyat zamanı məlum olub ki, 1965-ci il təvəllüdlü HüseynovMehbalı həyətyanı sahədə təxminən 3 metr dərinlikdə olan quyuyadüşərək xəsarət alıb və köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi texniki vasitələrdən istifadə etməkləvətəndaşı quyudan çıxarıb xilas ediblər.