AZ

ÇL: "Araz-Naxçıvan" qrupda 2-ci oyununa çıxır

UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan “Araz-Naxçıvan” bu gün ikinci oyununa çıxacaq. 

Fanat.Az xəbər verir ki, təmsilçimiz Rumıniyada təşkil olunan 7-ci qrupun oyununda Lüksemburq çempionu ilə üz-üzə gələcək.

Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda açılış matçında meydan sahibləri "Yunayted Qalati"ni 2:1 hesabı ilə yenib. "Differdanj" isə ilk matçında Niderlandın "Tigers Roermond" komandasına 5:8 hesabı ilə uduzub. 

Qeyd edək ki, "Araz-Naxçıvan" qrupda növbəti matçını noyabrın 1-də "Tigers Roermond"a qarşı keçirəcək.
 
UEFA Çempionlar Liqası
Əsas mərhələ, 7-ci qrup
30 oktyabr

19:00. Araz-Naxçıvan – "Differdanj" (Lüksemburq)
Hakimlər: Valentin Çuplea (Uels), Viktor Şe (Fransa), Aslan Qalayev (Qazaxıstan). 
Hakim-inspektor: Neboyşa Paniç (Serbiya). 
UEFA nümayəndəsi: Miodraq Raduloviç (Monteneqro. 
Qalati. "Sala Sporturilor Dunarea". 

Seçilən
13
fanat.az

1Mənbələr