AZ

Azərbaycan banklarının ipoteka kredit portfeli 4,5 milyard manatı ötüb

Azərbaycanın bank sektorunda daşınmaz əmlak bazarını maliyyələşdirən ipoteka kreditləri portfeli sağlam və stabil artımını davam etdirir. Oktyabrın 1-nə olan məlumata görə, ipoteka kreditlərinin ümumi həcmi 4 milyard 548,2 milyon manata çatıb.

FED.az-ın Mərkəzi Bankın statistikasına əsasən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 402,9 milyon manat və ya 9,7% artım deməkdir.

Belə ki, ötən il oktyabrın 1-də ipoteka portfelinin həcmi 4 milyard 145,3 milyon manat səviyyəsində idi.

Portfelin artımı ilin əvvəlindən və aylıq müqayisədə də davam edib. Ötən ilin sonuna (4 mlrd. 245,5 mln. manat) nəzərən artım 302,7 milyon manat (7,1%), son bir ayda isə 49,6 milyon manat (1,1%) təşkil edib.

Xatırladaq ki, ipoteka kreditləri portfeli ötən ilin eyni dövründə 4 milyard 145,3 milyon manat, ötən ilin sonunda 4 milyard 245,5 milyon manat, bu ilin sentyabrın 1-də isə 4 milyard 498,6 milyon manat səviyyəsində idi.

Seçilən
25
fed.az

1Mənbələr