AZ

Sevgilsi məşhur aktrisanın bank hesabını soydu

ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aktrisa Sevim Ərdoğan 4 illik ortağı Akın E. ilə ayrılmaq qərarına gəlib.

Bakıvaxtı.az bu barədə Türkiyənin “Sabah” qəzetinə istinada xəbər verir.

Məlumata görə, aktrisanın evinə vidalaşmaq üçün gələn Akın E. mobil telefonu ilə onun bank hesabına daxil olub. Akın E. şəxsi hesabına 225 min lirə köçürüb və onun telefonunu oğurlayıb.

Aktrisa sevgilisindən şikayət edib. Ərdoğan deyib ki, Akın E. son vaxtlar işləmir, dolana bilmədiyi üçün ondan davamlı pul istəyir:

“Hətta onun üçün anamdan borc almışam.

O da qumar oynayırdı. Hadisə baş verən gün sağollaşmaq üçün evdə görüşdük. İçki içmişdik. Mən huşumu itirəndə mənim razılığım olmadan 225 min lirəni öz hesabına köçürdü. Telefonumu da götürdü”.

Aktrisa hesabını bağladığı üçün pulun qaytarılmasına baxmayaraq şikayətini geri götürməkdən imtina edib.

İşə yaxın günlərdə İstanbul Asliye Cəza Məhkəməsində baxılacaq.

Murad Məmmədli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
bakivaxti.az

1Mənbələr