AZ

Si Tsinpin Trampın sülhməramlı fəaliyyətini yüksək qiymətləndirib

Çin lideri Pekin və Vaşinqtonun bütün məsələlərdə eyni mövqedə olmadığını bildirib...

Poliqon xəbər verir ki, Çin Xalq Respublikasının sədri Si Cinpin Cənubi Koreyada keçirilən görüş zamanı ABŞ prezidenti Donald Trampın beynəlxalq arenadakı sülhməramlı fəaliyyətini yüksək qiymətləndirib. O, həmçinin qeyd edib ki, Pekin və Vaşinqton bir çox məsələlərdə ortaq məxrəcə gəlsələr də, hələ də bir sıra mövzularda fikir ayrılıqları qalmaqdadır.

Si Tsinpin vurğulayıb ki, Çin tərəfi ABŞ-la dialoqun davam etdirilməsini və qlobal sabitlik üçün birgə addımların atılmasını vacib sayır. Onun sözlərinə görə, qarşılıqlı hörmət və bərabərlik prinsipi iki ölkə münasibətlərinin gələcək inkişafı üçün əsas olmalıdır.

“Məncə, artıq bir çox məsələlərdə razılığa gəlmişik və indi də bəzi məsələlər üzrə anlaşacağıq”, deyə ABŞ prezidenti Donald Tramp isə cavabında bildirib.

Müşahidəçilər hesab edirlər ki, Pusan görüşü ABŞ və Çin arasında son illərin ən konstruktiv danışıqlarından biri kimi dəyərləndirilir və tərəflər bu dəfə iqtisadi, təhlükəsizlik və diplomatik sahələrdə yeni əməkdaşlıq mərhələsinə keçməyə çalışırlar.

Poliqon.info

Seçilən
14
poliqon.info

1Mənbələr