AZ

Putin yeni silahını sınaqdan keçirdi - "Poseidon" pilotsuz nüvə sualtı qayığı...


Rusiya Prezidenti Putin nüvə enerji qurğusu ilə təchiz olunmuş pilotsuz sualtı qayıq “Poseidon”un sınaqdan keçirildiyini bildirib. Putin bu haqda yaralı hərbçilərlə görüşü zamanı açıqlama verib.

O, bildirib ki, sınaq zamanı “Poseidon”un nüvə enerji qurğusu uğurla işə salınıb və aparat müəyyən müddət ərzində fəaliyyət göstəririb. Rusiya prezidentinin sözlərinə görə, bu nüvə qurğusu ilə təchiz olunmuş aparat unikal sürət və dərinlikdə hərəkət edə bilir.

“Burevestnik” raketi halında danışdığım bütün üstünlüklərdən başqa, burada da minimal ölçülərdir, nüvə reaktoru sualtı qayıqdakından 100 dəfə kiçikdir. Bunun əvəzinə, “Poseidon”un gücü ən perspektivli uzun mənzilli qitələrarası raketimiz “Sarmat”ın gücündən xeyli çoxdur. Dünyada belə bir silah yoxdur” – Putin bildirib.

Bundan əvvəl Putin və Rusiyanın Baş Qərargah rəisi Gerasimov nüvə enerji qurğusu ilə təchiz olunmuş “Burevestnik” qanadlı raketinin sınaqdan keçirildiyin açıqlamış. “Burevestnik”lə bağlı verilən bəyanata cavab olaraq ABŞ Prezidenti Tramp Putinə raketləri sınaqdan keçirmək yerinə, Ukraynada müharibəni bitirməyi məsləhət görüb.

TAHİR

Seçilən
23
baki-xeber.com

1Mənbələr