Bakı. Trend:
Bu gün saat 10:30-dan etibarən Binəqədi, Nizami və Suraxanırayonlarında qaz xətləri üzərində təmir-quraşdırma işləriaparılacaq.
“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, bu səbəbdənpaytaxtın bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasiləyaranacaq.
Belə ki, Nəsimi rayonu üzrə Nizami küçəsinin, Yasamal rayonuüzrə Ə.Quliyev küçəsinin, Binəqədi rayonu üzrə Sulutəpə vəXocahəsən qəsəbələrinin, Nizami rayonu üzrə Q.Qarayev prospektinin,A.Manafov, K.Balakişiyev, B.Çobanzadə, M.Abbasov, Ordubadi,İ.Müzəffəroğlu və Özbəkistan küçələrinin, Suraxanı rayonu üzrə isəHövsan qəsəbəsi, Hövsan Bağlar yaşayış sahəsinin təbii qaztəchizatında müvəqqəti fasilə yaranacaq.