Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda planlaşdırılan nüvə silahı sınaqlarının keçiriləcəyi vaxt və məkanı sonradan elan edəcəyini bildirib. Prezident bu barədə bəyanatında sınaqların zəruri və yerində qərar olduğunu vurğulayıb.
Trampın sözlərinə görə, qərar ABŞ-ın strateji təhlükəsizliyinin möhkəmləndirilməsi və hərbi üstünlüyünün qorunması məqsədilə qəbul edilib. O, qeyd edib ki, “Amerika öz müdafiə gücünü qorumaq üçün lazım olan bütün addımları atacaq” və bu addımlar beynəlxalq təhlükəsizlik balansında “müəyyənedici rol” oynayacaq.
Ekspertlər hesab edirlər ki, Trampın bu açıqlaması ABŞ-nin nüvə siyasətində yeni mərhələnin başlanğıcı ola bilər. Vaşinqtonun belə addımı, analitiklərin fikrincə, həm Rusiya və Çinlə strateji rəqabətin kəskinləşməsinə, həm də qlobal silahsızlanma dialoqunun yenidən gündəmə gəlməsinə səbəb olacaq.
Poliqon.info